image-1backend

“Kişi belə salamlaşmalıdır” – Tokayevdən qucaqlaşıb öpüşənlərə sərt sözlər  

image-ads-728x90

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev kişilərin görüşərkən bir-birini qucaqlaması və öpməsini tənqid edib.

Korrekt.az  xəbər verir ki, Tokayev bu cür salamlaşma formasının Qazaxıstanın adət-ənənələrinə xas olmadığını bildirib.

Prezidentin sözlərinə görə, kişilər bir-biri ilə möhkəm əl sıxaraq salamlaşmalıdırlar. Tokayev əl sıxarkən əli həddindən artıq yumşaq tutmağı da düzgün hesab etmədiyini deyib.

O, bunu obrazlı şəkildə “isti kotlet və ya budaq kimi” əl uzatmaqla müqayisə edib.

“Bu, düzgün deyil ki, kişilər bir-birini qucaqlamağa, öpməyə başlayırlar”, – Tokayev bildirib.

Qazaxıstan Prezidenti kişilərin salamlaşarkən möhkəm əl sıxmasının ölkənin adət-ənənələrinə daha uyğun olduğunu vurğulayıb.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki