Respublikaçı konqresmen Tomas Massi Nümayəndələr Palatasına ABŞ-ın NATO-dan çıxmasını tələb edən qanun layihəsi təqdim etdi.
Korrekt.az xəbər verir ki, qanunverici Şimali Atlantika Alyansını Soyuq Müharibənin qalığı adlandırdı və qeyd etdi ki, ABŞ blokdan çıxmalıdır. O hesab edir ki, təşkilata qoyulan pul sosialist ölkələrini deyil, Amerika dövlətini müdafiə etmək üçün istifadə olunmalıdır.
Massi xatırlatdı ki, NATO 30 ildən çox əvvəl dağılmış SSRİ-yə qarşı durmaq üçün yaradılıb.





















