MİT-in (Milli İstehbarat Təşkilatı) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq çərçivəsində “Qurdlar Vadisi” teleserialının ssenaristlərinin dindirilməsi Türkiyədə onun fəaliyyətini yenidən gündəmə gətirib.
Korrekt.az Axar.az-a istinadla xəbər verir ki, bu müzakirələr fonunda Kozinoğlunun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentində sürətlə paylaşılmaqdadır.
Fotonun 1992-ci ildə sərhəd məntəqəsində çəkildiyi iddia edilir.
Qeyd edək ki, Kozinoğlu 1990-cı illərin əvvəllərində Azərbaycanda hərbi təlimlər keçib və Əbülfəz Elçibəyin Naxçıvana təxliyəsində rol oynayıb.
Xatırladaq ki, Kozinoğlu illər sonra “Ergenekon” işi üzrə həbs edilib və 2011-ci ildə cəzaçəkmə müəssisəsində vəfat edib.





















