Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46000kv.m. olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21000 kv.m. sahədə yanıb.
Korrekt.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yaylıb.
Bildirilib ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub.





















