image-7backend

“Mədəni nəsil-Davranış kodu” layihəsi çərçivəsində region gəncləri üçün tədbirlər keçirilib -FOTOLAR

image-ads-728x90

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən Göyçay, Qəbələ və İsmayıllı rayonlarında “Mədəni nəsil-Davranış kodu” adlı layihə həyata keçirilib.

Layihənin əsas məqsədi gənclər arasında etik davranış və ünsiyyət mədəniyyətinin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərə hörmətin və sosial məsuliyyət hissinin gücləndirilməsi olub.

Layihə çərçivəsində hər üç rayonda gənclər üçün etik davranış qaydaları və ünsiyyət mədəniyyəti mövzusunda interaktiv təlimlər təşkil olunub. Təlimlər zamanı iştirakçılara gündəlik və ictimai həyatda etik davranış prinsipləri, effektiv ünsiyyət və sosial məsuliyyətlə bağlı məlumatlar verilib.

Bununla yanaşı, gənclərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığının artırılması və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə interaktiv oyunlar keçirilib.

Layihənin icra planına uyğun olaraq Qəbələ rayonunda bir təlim və bir interaktiv oyun, İsmayıllı rayonunda bir təlim və bir interaktiv oyun, Göyçay rayonunda isə bir təlim və bir interaktiv oyun təşkil edilib.

Hər rayonda keçirilən interaktiv oyunda 6 nəfərdən ibarət 4 komanda iştirak edib. Yarışların nəticələrinə əsasən ilk iki yeri tutan komandalar final mərhələsində Göyçay rayonunda bir araya gəlib və rayonlararası interaktiv oyunda mübarizə aparıblar.

Final mərhələsinin nəticələrinə əsasən Qəbələ rayonunun gəncləri birinci, Göyçay rayonunun gəncləri ikinci, İsmayıllı rayonunun gəncləri isə üçüncü yerə layiq görülüblər.

Qalib komandalar kubok, sertifikat və müxtəlif hədiyyələrlə təltif olunublar.

Layihənin region gəncləri arasında etik davranış, sağlam ünsiyyət və milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki