image-img_20260903_140901backend

Məşhur azərbaycanlı müğənni edam edildi 

image-ads-728x90

Dünən Mazandaran əyalətinin tanınmış musiqi ifaçısı Əli Mirrzayi dar ağacından asılıb.

Korrekt.az xəbər verir ki, Əli Mirrzayi Babol şəhərindəki restoranlardan birində baş verən və bir nəfərin ölümü ilə nəticələnən dava ilə bağlı həbs edilmişdi. Məhkəmə prosesindən sonra ona qarşı “qətl” ittihamı üzrə ölüm hökmü çıxarılıb.

Qeyd olunub ki, daha öncə zərərçəkmiş tərəfin ailəsi ilə barışıq əldə etmək üçün aparılan cəhdlər nəticəsində sənətçinin edam hökmünün icrası müəyyən müddət təxirə salınıb. Ancaq cəhdlər nəticə verməyib və qətlə yetirilən şəxsin yaxınları qanuni hüquqlarından istifadə edərək Əli Mirrzayinin asılmasını istəyiblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki