image-1backend

Məşhur teleaparıcı edam edilir –  725 kiloqram narkotik müsadirə edildi

image-ads-728x90

Misirdə məşhur televiziya aparıcısı və bloqçu Sara Xəlifə narkotik ticarəti və istehsalının təşkili ilə bağlı cinayət işi üzrə edam cəzasına məhkum edilib.

Korrekt.az xəbər verir ki, 39 yaşlı keçmiş teleaparıcı Qahirə Cinayət Məhkəməsinin hökmü ilə asılmaqla edam cəzası alıb. Sosial şəbəkələrdə iki milyondan çox izləyicisi olan Xəlifə hökm elan edilərkən məhkəmə zalında göz yaşlarına hakim ola bilməyib.

Sara Xəlifə məhkəmədə günahsız olduğunu bildirərək ittihamları rədd edib.

“Xahiş edirəm, məni dinləyin. Valideynlərim məni dürüst böyüdüblər. Onlar dindar insanlardır və mənə narkotikdən əldə olunan pul lazım deyil”, – deyə o bildirib.

İstintaqın məlumatına əsasən, Xəlifə və digər 11 təqsirləndirilən şəxs sintetik narkotiklərin istehsalı üçün xammal idxal edən mütəşəkkil cinayətkar qrupun üzvləri olublar.

Lakin teleaparıcı ittihamları qəbul etməyib. O, istintaq zamanı həyatında heç vaxt narkotik maddə, hətta siqaret belə saxlamadığını bildirib.

Sara Xəlifə televiziya fəaliyyətindən əlavə, plastik cərrahiyyə klinikasına və tədbirlərin təşkili ilə məşğul olan agentliyə sahib olub.

Məlumata görə, cinayət işi üzrə ümumilikdə 28 nəfər saxlanılıb. Onlardan 12 nəfər, o cümlədən Sara Xəlifə edam cəzasına məhkum edilib. Daha 9 nəfər ömürlük həbs cəzası alıb, 7 nəfər isə məhkəmə tərəfindən bəraət qazanıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyatlar zamanı 725 kiloqramdan çox narkotik maddə, həmçinin qeydiyyatsız odlu silah və sursat müsadirə edilib.

İstintaq müəyyən edib ki, qrup narkotik maddələrin istehsalı üçün zəruri xammalı xaricdən idxal edib, hazır məhsulları isə yaşayış binalarında saxlayıb.

Sara Xəlifə 2025-ci ilin aprelində Qahirənin dəbdəbəli məhəllələrindən birində saxlanılıb.

Qeyd edək ki, Misir qanunvericiliyinə əsasən, ölüm hökmündən yuxarı instansiyaya şikayət vermək mümkündür.

image-2 image-3



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki