İran parlamentinin yəhudi millət vəkili Homayun Sameyəh Nəcəfabadi ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinə çağırılıb. Korrekt.az xəbər verir ki, bununla bağlı, o, yaydığı açıq məktubda məlumat verib.
Deputat bildirib ki, ETTELAAT Nazirliyinin əməkdaşları ilə görüşlər İranda yaşayan yəhudilərin İsrailin farsdilli kanallarında paylaşımlara şərh yazması və bəyənməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində baş verib.
Bu görüşlər yəhudi vətəndaşların sosial media davranışı ilə bağlı “təhlükəsizlik narahatlıqlarının aradan qaldırılması” məqsədini daşıyıb.
Nəcəfabadi yəhudi icmasının üzvlərini İsrailə məxsus və ya onunla əlaqəli media kanallarını izləməkdən, abunə olmaqdan və onlarla ünsiyyətdən çəkinməyə çağırıb. O, xəbərdarlıq edib ki, bu fəaliyyətlər davam edərsə, həmin şəxslərə qarşı hüquqi proseslər başlaya və işlərin araşdırılması prosesini “daha da çətinləşdirə” bilər.





















