image-1backend

Miqrantlar Rusiyadan qovulur -100 min miqrant haqqında qərar çıxarılıb

image-ads-728x90

2026-cı ilin ilk yarısında miqrasiya qanunvericiliyini pozduqları üçün Moskvadan deportasiya edilən xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb.

Korrekt.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin açıqlayıb.

Volodin avqustun 18-də “Max” kanalında paylaşımında bildirib ki, 2026-cı ilin yanvar-iyun aylarında yalnız Moskva şəhərində miqrasiya qanunvericiliyini pozduqları üçün ölkədən deportasiya edilən xarici vətəndaşların sayı 8 300-dən 16 000-ə yüksəlib.

Dövlət Dumasının spikeri qeyd edib ki, söhbət Rusiyanın miqrasiya qanunvericiliyini pozan şəxslər barəsində tətbiq edilən inzibati tədbirlərdən gedir.

Volodinin sözlərinə görə, 2026-cı ilin ilk altı ayında Rusiyada miqrantlarla bağlı inzibati qaydada ölkədən çıxarılma barədə qəbul edilən qərarların ümumi sayı 100 minə yaxın olub.

Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Beləliklə, Rusiya paytaxtında və ümumilikdə ölkə üzrə miqrasiya qanunvericiliyinə nəzarətin sərtləşdirilməsi fonunda deportasiya və inzibati qaydada ölkədən çıxarılma hallarının əhəmiyyətli dərəcədə artdığı bildirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki