image-images_45_1780317517backend

Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

image-ads-728x90

Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 2000 manat dəyərində motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən N.Əliyev saxlanılıb.

Korrekt.az xəbər verir ki, paytaxtın Səbail rayonu ərazisində də talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək içərisində nağd pul, bank kartları və şəxsi sənədləri olan çantasının oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən Ə.Əliyev də saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki