image-f97777526c7f2978c83f67d090f99d55backend

Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən qadın saxlanıldı

image-ads-728x90

Naxçıvan Muxtar Respublikasında vətəndaşlara qarşı törədilən kiberdələduzluq faktı ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Naxçıvanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.

Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək (070) 767-56-96, (077) 351-95-76, (070) 935-75-65, (077) 104-44-08, (077) 349-96-82 və digər nömrələr, eləcə də “TikTok” platformasında “azturan83”, “turanbank_az”, “azeturanbank” və “krediagro” adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50-yə yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki