image-1backend

“Nişanı qaytardığım qız mənim adımdan toy edir” – Jurnalistdən şok açıqlama – VİDEO

image-ads-728x90

Ötən gün Sumqayıtda bəyin iştirakı olmadan toy keçirilib.

Bu barədə jurnalist İlkin Abbas açıqlama yayıb.

O bildirib ki, yanvar ayında nişanlandığı xanımla 10-12 gün əvvəl ayrılmaq qərarına gəlib. Buna baxmayaraq, keçmiş nişanlısının ailəsi onun razılığı olmadan toy mərasimi təşkil edib.

İ.Abbas qeyd edib ki, hazırda Sumqayıtda yerləşən “Bəyaz Saray” şadlıq evində toy keçirilir və bəy qismində onun adı gedir:

“Son ana qədər gözlədim ki, bu biabırçılığa son qoyulsun. Amma məni buna məcbur buraxdılar. Hazırda Sumqayıtda “Bəyaz Saray” şadlıq evində toy keçirilir. Amma o toyda gəlin var, bəy yoxdur, yəni mən yoxam. Mən o xanımdan 10-12 gün əvvəl ayrılmaq qərarı vermişəm və sivil şəkildə ayrılmışam.

Yanvar ayında onunla nişanlanmışdım. Amma bu ərəfədə o qədər problemlər və əngəllər yaşadıq ki, getdiyimiz yolun sonunu görmədiyim üçün ayrılmaq qərarı verdim. O gündən bəri qız və ailəsi tərəfindən təhdid olunuram. Deyirdilər ki, sən ayrıla bilməzsən, ayrılsan belə toy ediləcək. Necə ki, indi edirlər.

Hazırda Sumqayıtda toy keçirilir. Orada bəy qismində mənim adım gedir deyə, bu açıqlamanı verməyə özümü məcbur hiss etdim”.\\bakupost.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki