image-1backend

Paşinyan: Ermənistan bundan imtina etməyəcək

image-ads-728x90

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanmasını nəzərdə tutan qanundan imtina etməyəcəyini bildirib.

Korrekt.az xəbər verir ki, Paşinyan sentyabrın 3-də keçirdiyi brifinqdə deyib ki, sözügedən qanunun qəbul edilməsi Ermənistan üçün düzgün siyasi addım olub və proses hazırda müsbət istiqamətdə davam edir.

Baş nazirin sözlərinə görə, qanunla bağlı təşəbbüs Ermənistan vətəndaş cəmiyyətinin iradəsi əsasında irəli sürülüb.

“Bu qanunun qəbul edilməsi düzgün addım idi. Mən davam edən prosesi müsbət qiymətləndirirəm. İndi kim deyir ki, ‘Bu Ermənistan kimə lazımdır? Onun gedəcək yeri yoxdur’. Qanunun qəbulundan əvvəl də belə açıqlamalar səslənirdi”, – deyə Paşinyan bildirib.

Paşinyan hesab edir ki, Aİ-yə üzvlüklə bağlı qanunun qəbul edilməsi Ermənistanın xarici siyasətində də müəyyən nəticələr əldə etməsinə imkan verib.

O, qanunun ləğv edilməsi ilə bağlı təkliflərə də münasibət bildirib.

“Bəlkə ləğv edəsiniz?” – deyə sual verən həmkarlarına cavab olaraq Paşinyan bunun mümkün olmadığını söyləyib.

“Çünki burada təkcə parlamentin deyil, həm də Ermənistan xalqının siyasi iradəsi var”, – deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamenti 2025-ci ilin martında ölkənin Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edib. Sənəd ölkənin Aİ-yə üzv olmasını avtomatik təmin etmir, lakin bu istiqamətdə siyasi prosesin başlanması üçün çərçivə yaradır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki