image-1backend

Paşinyan: “Mən Ermənistanın Baş naziriyəm, sələmçi deyiləm”

image-ads-728x90

Ermənistanın Baş naziri Nikol Paşinyan onun adından kredit və faizlə bağlı yayılan iddialara münasibət bildirib.

Korrekt.az xəbər verir ki, Paşinyan jurnalistlərlə söhbəti zamanı bu məsələlərlə heç bir əlaqəsinin olmadığını deyib və onun adından bu istiqamətdə spekulyasiyalara yol verilməməsini tələb edib.

“Mən burada kredit vermək və ya almaqla məşğul deyiləm. Əgər kimsə mənim bununla əlaqəm olduğunu iddia edərsə, məhkəməyə müraciət edib bunun əksini sübut edəcəyəm və böyük məbləğdə təzminat tələb edəcəyəm”, – deyə Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı bu cür iddiaları irəli sürən şəxslərin onları məhkəmədə sübut etməli olacağını qeyd edib.

“Qulaq asın, mən Ermənistan Respublikasının Baş naziriyəm, sizin üçün sələmçi deyiləm – faiz ödəyən, kredit verən və ya kredit alan şəxs deyiləm. Məni kiminlə səhv saldığınızı bilmirəm. Mən Ermənistan Respublikasının Baş naziriyəm və bu statusu ciddi qəbul edirəm. Sizə də bu statusu ciddi qəbul etməyi məsləhət görərdim”, – Paşinyan vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki