image-1backend

Peskov: “Rusiya İranla tərəfdaşlığını davam etdirəcək”

image-ads-728x90

Rusiya İranla tərəfdaşlıq münasibətlərini davam etdirəcək.

Korrekt.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ maliyyə naziri Skott Bessentin Tehranı dəstəkləyən ölkələrə İrandan “uzaq durmaq” çağırışına münasibət bildirərkən deyib.

Peskov “Vesti” televiziya proqramına müsahibəsində ABŞ-nin digər ölkələrin xarici siyasətinə və beynəlxalq əlaqələrinə nəzarət etmək cəhdlərini tənqid edib.

“ABŞ-nin hər hansı bir ölkənin digər dövlətlərlə münasibətləri üzərində inhisar qurması nə mümkün, nə də məqsədəuyğundur”, – deyə Kremlin sözçüsü bildirib.

Peskov Rusiyanın öz tərəfdaşları və dostlarının olduğunu vurğulayaraq Moskvanın bu münasibətləri qoruyacağını və daha da inkişaf etdirəcəyini qeyd edib.

“Bizim öz tərəfdaşlarımız və dostlarımız var. Biz bu dostluq və tərəfdaşlıq münasibətlərini qoruyacaq və daha da inkişaf etdirəcəyik”, – Peskov əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki