image-1backend

Pezeşkian ABŞ ilə müharibə barədə danışdı: “Davam etdirilməsinin tərəfdarı deyiləm”

image-ads-728x90

İran prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibənin davam etdirilməsinin tərəfdarı olmadığını açıqlayıb.

Korrekt.az xəbər verir ki, Pezeşkian bu barədə ölkənin aparıcı universitetlərinin rəhbərləri ilə görüşü zamanı danışıb. İran lideri qarşıdakı dövrdə ölkəni yeni hadisələrin gözlədiyini bildirərək, Tehran administrasiyasının mümkün təzyiqlərə qarşı daha hazırlıqlı və dayanıqlı olması gerektiğini vurğulayıb.

İran prezidenti ölkədə həyata keçiriləcək iqtisadi tədbirlərin də cəmiyyətdəki mövcud vəziyyət nəzərə alınmaqla müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.

Pezeşkian, həmçinin keçmiş seçki rəqiblərinin hazırda hökumətlə əməkdaşlıq etdiyini bildirib.

İran prezidenti keçmiş prezidentliyə namizəd Səid Cəlilidən ölkədəki problemlərin həllinə kömək etməsini istədiyini deyib. Pezeşkian əlavə edib ki, zərurət yaranacağı təqdirdə öz səlahiyyətlərini başqalarına həvalə etməyə də hazırdır.

İran prezidentinin açıqlamaları ABŞ ilə münasibətlərin və regiondakı gərginliyin fonunda diqqət çəkib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki