image-img_20260826_161658backend

Pezeşkian və  Putin tezliklə görüşəcək

image-ads-728x90

İran prezidenti Məsud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində bir araya gələcəklər.

Korrekt.az xəbər verir ki, bununla bağlı, İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.

Cəlalinin sözlərinə görə, Pezeşkian və Putin arasında qarşıdakı görüş də daxil olmaqla, iki ölkə prezidentləri indiyədək 6 dəfə üz-üzə görüşüb və 6 dəfə telefon danışığı aparıblar.

ŞƏT sammitinin Qırğızıstanın sədrliyi ilə sentyabrın 1-də Bişkekdə keçirilməsi planlaşdırılır. Sammit çərçivəsində təşkilata üzv ölkələrin liderlərinin regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və digər məsələləri müzakirə edəcəyi gözlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki