image-1backend

Prezidentdən “Sabah”la bağlı mühüm mesaj

image-ads-728x90
Prezident İlham Əliyev “Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik paylaşımı edib. 

Korrekt.az xəbər verir ki, dövlət başçısı paylaşımında “Sabah”ın qısa müddətdə belə böyük uğura imza atmasının xüsusi sevinc və qürur doğurduğunu qeyd edib.

İlham Əliyev klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanmasının Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin və ölkənin idman dövləti kimi mövqeyinin göstəricisi olduğunu vurğulayıb.

Prezident “Sabah” klubuna qarşıdakı matçlarda yeni qələbələr və uğurlar arzulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki