“Rusiya və Ukrayna razılığa gəlməlidir. Digər ölkələr dəstəkləməyə və kömək etməyə hazırdırlar. Məsələn, təkcə ABŞ deyil, həm də Çin. Amma ilk növbədə münaqişədə iştirak edən ölkələr bu məsələni həll etməlidirlər. Bunun üçün şans var”, – deyə Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.
O, həmçinin bildirib ki, Rusiya Ukrayna ilə, ilk növbədə, kəşfiyyat orqanları vasitəsilə əlaqə saxlayır. “Lakin, Kiyevin son açıqlamalarını nəzərə alsaq, bu əlaqələrin sülh yolu ilə həllinə nə dərəcədə gətirib çıxardığını qiymətləndirmək çətindir”, – deyə Putin qeyd edib.





















