Rusiya prezidenti Vladimir Putin cümə günü Aşqabada səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Korrekt.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov jurnalistlərin sualını cavablandırarkən “Bəli, belə bir görüş planlaşdırılır” deyib.





















