image-image_750x_699d595d2fe94-1backend

Qadın geyimində öz iş yerindən oğurluq etdi: Ömürlük həbs olundu

image-ads-728x90

Misirdə kredit təşkilatının əməkdaşı qadın geyimində iş yerini qarət etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.

Korrekt.az xəbər verir ki, bu barədə Cairo 24 məlumat yayıb. Hadisənin Keni əyalətində baş verdiyi bildirilir.

Məlumata görə, həmin şəxs qadın geyimi geyinərək çalışdığı kredit təşkilatının ofisinə daxil olub.

O, iş yerində heç kimin olmamasından istifadə edərək 21 min dollar pul vəsaitini oğurlayıb.

Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları qısa müddət sonra şübhəlini müəyyən edərək saxlayıblar. Maskalanma cəhdi onun məsuliyyətdən yayınmasına kömək etməyib.

Kennet Rayon Məhkəməsi qərarı ilə şəxs ağır soyğunçuluqda təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin oğurlanmış məbləğin geri qaytarılması barədə göstəriş verib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki