image-screenshotbackend

Qalmaqallı icra başçısı qurumun media məsul şəxsi vəzifədən azad etdi

image-ads-728x90

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatında kadr dəyişikliyi baş verib.

Korrekt.az  xəbər verir ki, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov tutduğu vəzifədən azad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin müvafiq əmri ilə həmin vəzifəyə Leyla Araz qızı Quliyeva təyin olunub.

Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev son günlər mediada bir sıra qalmaqallı hadisələrlə gündəmə gəlib.

Məlumata görə, yeni təyinatın da son günlər baş verən qalmaqallar fonunda həyata keçirildiyi bildirilir.Vətəninfo.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki