image-1backend

Qaluzin: Aİ Ermənistanı belə aldadır

image-ads-728x90

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının Ermənistanla bağlı siyasətini tənqid edib.

Korrekt.az xəbər verir ki, Qaluzin “İzvestiya” qəzetinə açıqlamasında bildirib ki, Brüssel Ermənistanı resurs və işçi qüvvəsi mənbəyi, həmçinin Avropa məhsul və xidmətlərinin satışı üçün bazar kimi nəzərdən keçirir.

Diplomatın sözlərinə görə, Ermənistan üçün vəd edilən “gözəl Avropa gələcəyi” uzunmüddətli perspektiv vəd etmir və Aİ-nin yanaşmasının “utilitar” xarakterini nümayiş etdirir.

Qaluzin iddia edib ki, Avropa İttifaqı Ermənistan da daxil olmaqla regiondakı tərəfdaşlarına əsasən resurs, əmək potensialı və satış bazarı prizmasından yanaşır.

O, bu siyasətin Ermənistan üçün yüksək qiymətə başa gələcəyini də vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki