Qara dənizdə gəmiyə edilən dron hücumu nəticəsində iki Azərbaycan dənizçisi həlak olub, daha ikisi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Azərbaycanlı dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olması, İmran Novruzov və Rauf Əliyevin isə xəsarət aldığı barədə məlumat daxil olub. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasında yerləşdiriliblər.
Dron hücumu “Mert Marine Corporation” şirkətinə məxsus və Somali bayrağı altında üzən “TEDY” (IMO 9059200) yedək gəmisini hədəf alıb.
Gəmidə dörd Azərbaycan vətəndaşı, üç Türkiyə vətəndaşı, iki Almaniya vətəndaşı və bir Ukrayna vətəndaşı olub.





















