image-1backend

“Qarabağ həm də Özbəkistandır” – Prezidentlərə bələdçilik edən Rüstəm İqballa müsahibə

image-ads-728x90

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana səfəri çərçivəsində Nizami muzeyinin açılışında iştirak edərkən hər iki ölkənin prezidentin bələdçilik edən özbəkistanlı yazıçı-jurnalist Rüstəm İqbal “TV Musavat”a açıqlama verib və İlham Əliyevlə mükaliməsindən məmnun qaldıını bildirib. O, bələdçilik etdiyi zaman prezidentlərə məlumatı rusca verib, ancaq Azərbaycan prezidentini ana dilimizdə salamlayıb, “xoş gəlmisiniz, gözümüzün üstündə yeriniz var” deyib.

Ana dilimizdə təmiz danışan R.İqbal sözügedən görüş və Azərbaycana dair təəssüratlarını əməkdaşımızla bölüşüb:

Rüstəm İqbal (Cabborov) 1979-cu ildə Özbəkistanın Səmərqənd vilayətinin Urqut şəhərində anadan olub.

O, 2003-cü ildə Özbəkistan Milli Universitetini bitirib. Ölkənin müxtəlif qəzetlərinin redaksiyalarında, Milli

Xəbər Agentliyində, Ədliyyə Nazirliyində və digər qurumlarda çalışıb.

Hazırda Özbəkistan Elektron Kütləvi İnformasiya Vasitələri Milli Assosiasiyasının baş direktorunun müavini vəzifəsində çalışır. Özbəkistan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktorudur. Onun 30-dan çox bədii, publisistik və elmi əsəri çap olunub. 5 bədii, 3 sənədli və 3 cizgi filmi ssenarisini yazıb.
Rüstəm İqbal 2017-ci ildə Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrdən bəhs edən “Əzəli dostluğun əbədiliyi” adlı sənədli filmin ssenari müəllifidir. Ümumiyyətlə, onun ictimai və ədəbi fəaliyyətində Azərbaycan mövzusu geniş yer tutur. Onu gerçədən Azərbaycanşünas adlandırmaq olar.
O, uzun illərdir ki, Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatı ilə maraqlanır. Bu mövzuda bir sıra kitab və məqalələr nəşr etdirib. Yazıçı-jurnalistin Azərbaycan ədəbiyyatından çoxlu tərcümələri də var. Azərbaycanın gerçək və səmim dostu olan bu şəxs dəfələrlə ölkəmizdə bir sıra elmi-ədəbi konfranslarda iştirak edib. 2018-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə 2021 ilin noyabr ayında Bakıda keçirilən “Nizami Gəncəvi – mədəniyyətlər arasında körpü” beynəlxalq forumunda “Nizami Gəncəvinin 880 illiyi” xatirə medalı ilə təltif edilib.

Rüstəm İqbalın Özbəkistanda özbək dilində Azərbaycana dair çap etdirdiyi məqalə 21 il öncəyə təsadüf edir. Həmin yazının başlığı belədir: “Qafqazın sinəsindəki yara və ya Dağlıq Qarabağ münaqişəsi nə vaxt həll olunacaq”. Bu yazı 17 mart 2005-ci ildə “7×7” qəzetində dərc olunub. Daha sonra o, 2006-cı ildə “Hayot” qəzetində “Daşnakların qanlı yolu” başlıqlı məqalə dərc etdirib. “Odlar diyarına səyahət” başlıqlı yazısı isə həmin il “Soqlom Avlod” qəzetində nəşr olunub.

Rüstəm İqbal qəzetimizin də dostudur, Bakıya hər gəlişində əməkdaşlarımızla görüşür, açıqlama verir, onları Özbəkistana dəvət edir.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki