41 yaşlı hücumçu Kriştiano Ronaldo Portuqaliya milli komandasının oyunlarında iştirak etməkdən rəsmən uzaqlaşdırılıb.
Bu barədə “The Mirror” qəzeti məlumat yayıb.
Portuqaliya Futbol Federasiyasının (FPF) qaydalarına əsasən, milli komandanın düşərgəsini icazəsiz tərk edən futbolçu bir aydan altı aya qədər diskvalifikasiya ilə üzləşir.
Cəza Ronaldonun gələn ay Danimarka və Uelsə qarşı keçiriləcək Millətlər Liqası oyunlarında iştirakına mane olacaq.





















