image-media-c5f7756d167240856240475931710944418-smlcrz-960x540backend

Qərbi Azərbaycanda Azərbaycan izləri silinir: Mədəni irsimiz təhlükədə – Tənzilə Rüstəmxanlı yazır

image-ads-728x90

Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus mədəni irsin məqsədli şəkildə dağıdılması xüsusi diqqət tələb edən məsələlərdəndir. Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması, burada zəngin maddi-mədəni irs yaratması faktını sistemli şəkildə inkar etməyə və tarixi yaddaşdan silməyə çalışmışdır.

media-whatsapp-image-2025-12-17-at-21-04-54

 

Azərbaycan xalqının min illər ərzində Qərbi Azərbaycanda yaratdığı tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların, yaşayış məskənlərinin və digər mədəni irs nümunələrinin dağıdılması yalnız ayrı-ayrı abidələrin məhv edilməsi deyil, bütövlükdə bir xalqın həmin coğrafiyadakı tarixi-mədəni varlığının izlərinin silinməsinə yönəlmiş siyasətdir.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan mədəniyyət abidələrinin qəsdən məhv edilməsi, onların mənşəyinin dəyişdirilməsi və ya tamamilə aradan qaldırılması regionun tarixi və mədəni mənzərəsini saxtalaşdırmaq, keçmişi yenidən yazmaq məqsədi daşıyır. Bu cür destruktiv yanaşma mədəni müxtəlifliyə qarşı dözümsüzlüyün, ayrı-seçkiliyin və tarixi irsə qarşı vandalizmin açıq təzahürüdür.

Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni izlərin sistemli şəkildə yox edilməsi beynəlxalq hüququn mədəni irsin qorunmasına dair prinsipləri ilə ziddiyyət təşkil edir. Bu baxımdan 1954-cü il Haaqa Konvensiyasının və UNESCO çərçivəsində qəbul edilmiş beynəlxalq öhdəliklərin tələblərinə əməl olunması, Qərbi Azərbaycandakı Azərbaycan mədəni irsinin vəziyyətinin beynəlxalq səviyyədə araşdırılması, sənədləşdirilməsi və qorunması mühüm əhəmiyyət daşıyır.

Qərbi Azərbaycanın mədəni irsi yalnız keçmişimizin yadigarı deyil, Azərbaycan xalqının həmin torpaqlarla tarixi bağlılığını təsdiqləyən mühüm maddi sübutdur. Buna görə də bu irsin qorunması, dağıdılmış abidələrin taleyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və mədəni irsimizə qarşı törədilmiş dağıntıların obyektiv şəkildə sənədləşdirilməsi əsas prioritetlərdən biri olmalıdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki