image-1backend

Qod Nisanovun bazarından haqq tələb edən avtoritet həbs edildi – “ZAYKA” VƏ DƏSTƏSİNƏ QARŞI XÜSUSİ ƏMƏLİYYAT

image-ads-728x90

Moskvada azərbaycanlı iş adamı Qod Nisanova məxsus “Mandarin” Ticarət Mərkəzi ilə bağlı yeni iddialar gündəmə gəlib.

Məlumata görə, bazarda sahibkarlardan haqq tələb etməkdə ittiham olunan kriminal qruplaşmanın üzvlərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı “Zayka” ləqəbli avtoritet, qardaşı Azər Əliyev və digər səkkiz nəfər üzv həbs olunub.

Qeyd edək ki, bir müddət əvvəl azərbaycanlı iş adamı Qod Nisanova məxsus Moskvanın Şolkoviskaya prospektindəki “Mandarin” Ticarət Mərkəzində insident baş verdiyini bildirmişdik.

Belə ki, kriminal aləmdə “Zayka” kimi tanınan Azərbaycan əsilli Zaur Əliyev və onun qardaşı Azər Əliyev çoxsaylı tərəfdarları ilə həmin ticarət mərkəzində fəaliyyət göstərən iş adamları qarşısında tələb qoymuşdu.

Daha dəqiq, bu tələbə görə bazarda obyekt işlədən azərbaycanlılardan pul tələb olunub.

Etiraz edənlər isə ölümlə hədələnib.

Tələb irəli sürən şəxslər bundan sonra ticarət mərkəzində çalışan şəxslərin onların nəzarətində olacağını və hər ay onlara pul verməli olduqlarıni bəyan edib.

Onu da xatırladaq ki, bu dəstə Moskvanın məşhur Food Sity bazarında çalışan Şəmkirdən olan iş adamı Cəlal Məmmədovdan da pul tələb edib.

O, bundan imtina etdiyi üçün öz evinin qarşısında ölümcül döyülüb.Gununsesi.info



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki