İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin direktoruna yeni müavin təyin olunub.
Korrekt.az-ın əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Razim Məmmədov təyin olunub.
O, 2024-cü ildən yeni təyinatadək Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində Satınalma şöbənin müdiri vəzifəsində çalışıb.
R.Məmmədov 2018-2024-cü illərdə də Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzində işləyib.nocomment






















