Korrekt.az xəbər verir ki, Rosatomun rəhbəri Aleksey Lixaçev, Ermənistan Atom Elektrik Stansiyasını (AES) Sovet İttifaqının ən yaxşı nüvə layihəsi adlandırıb. Lixaçev bildirib ki, stansiya, 1988-ci ildəki Spitak zəlzələsindən sonra ciddi ziyan görsə də, fəaliyyətdə qalaraq Sovet dövrünün ən uğurlu nüvə layihələrindən biri kimi tarixə düşüb.
“Ermənistan AES Sovet İttifaqının hələ də fəaliyyət göstərən ən yaxşı nüvə layihəsidir”, – deyə Rosatom rəhbəri vurğulayıb.
O, həmçinin qeyd edib ki, Ermənistan AES-də istifadə olunan VVER-440 tipli reaktorlar, seysmik baxımdan sabitdir və bu, zəlzələnin təsirinə baxmayaraq stansiyanın sağ qalmasına imkan verib. Spitak zəlzələsindən sonra AES bağlansa da, ikinci enerji bloku bərpa edilərək yenidən işə salınıb.
Hazırda Ermənistan AES-in birinci blokunun istismar müddəti 2026-cı ilə qədər uzadılıb, və Ermənistan hökuməti stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uzadılması üçün prosesə başlayıb.
Aleksey Lixaçev, Ermənistan hökuməti ilə yaxın əməkdaşlıqlarını da vurğulayaraq, hər üç aydan bir Ermənistan baş naziri Nikol Paşinyanla əlaqə saxladığını bildirib: “Demək olar ki, hər rübdə Nikol Paşinyana zəng edib deyirəm: ‘Nikol V, nə vaxt gəlməliyəm? Biz hər şeyi həll etməyə hazırıq’.”





















