Rusiyanın Novokuybışevsk şəhərindən olan 35 yaşlı şəxs anasının sevgilisini öldürmək üçün Azərbaycana gəlib. Hadisə 2018-ci ildə baş verib.
Korrekt.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
İstintaqın versiyasına görə, 35 yaşlı kişi anasının başqa qadınla evli olan 52 yaşlı sevgilisi ilə münasibətindən narazı olub. O, bu səbəbdən tanışı ilə birlikdə Azərbaycana gəlib.
Məlumata görə, onlar 52 yaşlı kişini izləyərək onun yerini müəyyənləşdiriblər. Daha sonra ona kəsici-deşici alətlə 30-dan çox zərbə endiriblər. Ağır xəsarətlər alan kişi hadisə yerində ölüb.
Hadisədən sonra Novokuybışevsk sakini beynəlxalq axtarışa verilib. Onunla birlikdə cinayətdə iştirak edən şəxs isə artıq həbs edilib və cəzasını Azərbaycanda çəkir.
Qeyd edək ki, 35 yaşlı şəxsin işi Samara Vilayət Məhkəməsində onun iştirakı olmadan, qiyabi qaydada araşdırılacaq.
İstintaq materiallarına əsasən, cinayətin əsas səbəbi kişinin anası ilə münasibəti və onun başqa qadınla nikahda olması olub.





















