image-1backend

Rusiyada general saxlanıldı

image-ads-728x90

Rusiyada yüksək rütbəli polis əməkdaşlarının və iri biznes nümayəndələrinin iştirakı ilə baş tutan irimiqyaslı korrupsiya cinayətinin üstü açılıb.

Korrekt.az xəbər verir ki, Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib ki, general-mayor Sergey Malkov motor yanacağının mənimsənilməsi işi üzrə saxlanılıb.

İstintaq materiallarına əsasən, işdə həmçinin Moskva vilayəti üzrə Baş GİN-in Təsərrüfat və Sosial Təminat Mərkəzinin (TSİM) sabiq rəisi Aleksey Suyarov, həmin mərkəzin şöbəsinin sabiq rəisi Anna Levina və “Evrotrans” PAO-nun dörd top-meneceri (o cümlədən İdarə Heyətinin sədri İqor Martınov) əsas fiqurantlar kimi keçirlər.

Şirkətin üç top-meneceri artıq həbs edilib. Malkov, Suyarov və Levina daxili işlər orgalarından xaric olunub və digər təqsirləndirilən şəxslərlə birlikdə saxlanılaraq barələrində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət göndərilib.

Faktla bağlı Cinayət Məcəssəsinin mənimsəmə maddəsi üzrə cinayət işi başlanıb, istintaqı Rusiya DİN-in İstintaq Departamenti aparır.konkret.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki