Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının ölkədən çıxarılacağı iddia edilir.
Korrekt.az xəbər verir ki, bunu rusiyalı tarixçi, naşir və ictimai xadim Modest Kolerov Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Bişkəkdə keçirilən son görüşü şərh edərkən bildirib.
Kolerovun sözlərinə görə, hərbi bazanın Ermənistandan çıxarılması yalnız siyasi və ya simvolik xarakter daşımayacaq.
“Biz bilirik ki, o, fiziki cəhətdən zəif vəziyyətdədir. Amma bunun simvolik əhəmiyyəti var. Putin birbaşa bildirib ki, iki ssenarini birləşdirmək cəhdi uğurlu olmayacaq”, – deyə Kolerov bildirib.
Ekspertin fikrincə, Moskva ilə Yerevan arasında münasibətlərdə yaranmış fikir ayrılıqları fonunda 102-ci hərbi bazanın gələcəyi də gündəmə gələ bilər. Bununla belə, bazanın çıxarılması ilə bağlı rəsmi qərar barədə məlumat açıqlanmayıb.





















