image-1backend

Rusiyanın müdafiə naziri hədələdi:”İstənilən təhdidə hazırıq”

image-ads-728x90

Tacikistandakı Rusiya hərbi bazası xarici təhdidlərə qarşı durmağa hazırdır və Moskva ilə Düşənbə onun istifadəsi ilə bağlı sıx əməkdaşlıq qurublar.

Korrekt.az xəbər verir ki, TASS agentliyinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Tacikistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Onun sözlərinə görə, Rusiya və Tacikistan hərbi əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Xüsusilə, Moskva Tacikistan aviasiyasının, pilotsuz sistemlərin və xüsusi təyinatlı qüvvələrin formalaşdırılmasında iştirak edir.

İki ölkənin silahlı qüvvələri birgə əməliyyat və döyüş təlimləri keçirir, xüsusi hərbi əməliyyatlarda təcrübə mübadiləsi aparır və hərbi qulluqçuların təlimində iştirak edir.

Belousov qeyd edib ki, “Biz Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsinə xüsusi diqqət yetiririk”.

Rusiya Müdafiə Nazirliyinin rəhbəri eyni zamanda Tacikistan silahlı qüvvələrini yüksək qiymətləndirərək, onların ölkənin maraqlarını və suverenliyini qorumağa qadir olduğunu bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki