Ötən gün saxlanılan Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov azadlığa buraxılıb. Korrekt.az xəbər verir ki, bu barədə onun vəkili Bəhruz Bayramov sosial şəbəkədə məlumat verib.
Şənbə günü, noyabrın 29-da Saleh Rüstəmovun saxlanıldığı barədə məlumat yayılıb. O, bundan əvvəl də Azərbaycan Xalq Cəbhəsi Partiyasına maliyyə dəstəyi verməkdə ittiham olunub.
Ötən gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və AXCP İdarə Heyətinin üzvü Məmməd İbrahimin saxlanılması xəbəri yayılıb. Hüquq-mühafizə orqanları onların yaşadıqları ünvanda axtarış aparıblar.





















