Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində yerləşən evlərin birinin həyətindən elektrik naqilinin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 34 yaşlı K.Qasımov saxlanılıb.
Rayon ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən O.Aşirov da müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.





















