image-1backend

SEPAH-dan iddia: “İran raket arsenalının 90 faizini qoruyub saxlayıb”

image-ads-728x90

İran raket arsenalının 90%-ni qoruyub saxlamağa müvəffəq olub və bu arsenal yüksək templə bərpa olunur.

“Al-Mayadeen” telekanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Məhəmməd Rza Nəğdi bildirib.

“Raket arsenalı yenilərinin hesabına artır, istehsal tempi isə onların istifadəsini üstələyir”, – deyə o, telekanalın jurnalisti ilə söhbətində vurğulayıb.

Xatırladaq ki, avqustun 31-də İran qoşunları İordaniya ərazisindəki ABŞ hərbi bazalarına zərbələr endirib. SEPAH-dan bildirilib ki, Amerikanın iki hərbi obyektində qırıcıların yerləşmə məntəqələri və texniki xidmət infrastrukturu məhv edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki