Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsi delimitasiya olunacaq.
Korrekt.az “Armenpress”-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
“Proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin müəyyən hissəsini də delimiitasiya edəcəyik”, – Simonyan qeyd edib.
O, söhbətin sərhədin hansı hissəsindən getdiyini açıqlamayıb.





















