Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin təxminən 4,8 min hərbçisinin mühasirəyə alındığını iddia edib.
Korrekt.az xəbər verir ki, Putin bu barədə Bişkəkdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakının yekunlarına dair keçirdiyi mətbuat konfransında danışıb.
Rusiya prezidentinin sözlərinə görə, mühasirəyə alınan Ukrayna hərbçiləri 13 batalyonun tərkibindədir.
Putin bildirib ki, söhbət Krasnooskol su anbarının şərq sahilində Ukrayna qüvvələrinin “fiziki mühasirəyə alınmasından” gedir.
Qeyd edək ki, bu məlumat Rusiya tərəfinin iddiasıdır və Ukrayna tərəfindən həmin açıqlamaya dair təsdiqlənmiş məlumat təqdim edilməyib.





















