image-fnhypvw3kyp9voa7backend

SON DƏQİQƏ: Zelenski ölümdən son anda xilas oldu 

image-ads-728x90

Ukrayna Prezidenti Vladimir Zelenskinin təyyarəsi Moldovadan Norveçə uçarkən dronla toqquşmadan son anda xilas olub.

Korrekt.az  xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Störe Norveçin NRK telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə sentyabrın 8-də Zelenski Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak etmək üçün Kişinyovdan Osloya uçarkən baş verib.

“Onun təyyarəsi Moldovadan havaya qalxarkən az qala dronla toqquşacaqdı. Onun yaşadığı reallıq budur”, – Norveç Baş naziri deyib.

Norveç Baş Nazirinin Ofisi də uçuşun dron təhlükəsi səbəbindən təxirə salındığını təsdiqləyib.

Moldova hökumətinin sözçüsü də məlumatı Reuters agentliyinə təsdiqləyib. Bildirilib ki, Zelenskinin təyyarəsinə ölkə ərazisində Rusiya pilotsuz uçuş aparatının qəzaya uğramasından sonra uçuş icazəsi verilib.

Moldova tərəfinin məlumatına görə, “Şahed” tipli Rusiya pilotsuz təyyarəsi saat 17:26-da Stariye Mixaylenı kəndi yaxınlığındakı ərazidə qəzaya uğrayıb və yanğına səbəb olub.

Norveçin maliyyə naziri, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq də görüş zamanı Zelenskinin ona Moldovada təyyarəsinin təhlükə ilə üzləşdiyini bildirdiyini deyib. Lakin o, Ukrayna prezidentinin hadisənin təfərrüatlarını açıqlamadığını vurğulayıb.

Stoltenberq qeyd edib ki, Zelenski Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən etibarən sui-qəsd təhlükəsi ilə üz-üzədir.

Norveçin Høyre partiyasının lideri, keçmiş xarici işlər naziri İne Eriksen Søreide isə Zelenskinin vəziyyətini olduqca çətin qiymətləndirib. Onun sözlərinə görə, Ukrayna prezidenti daim təhlükə altında olmasına baxmayaraq, ölkəsini tərk etməyəcəyini açıq şəkildə nümayiş etdirir və Ukraynaya dəstəyin davam etdirilməsi üçün dünya liderləri ilə görüşlərini davam etdirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki