TƏBİB-də kadr dəyişiklikləri və islahat prosesi davam edir.
Korrekt.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, TƏBİB sədri Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt şəhər 2 saylı xəstəxananın baş həkimi Arzu Bəndəliyeva tutduğu vəzifədən uzaqlaşdırılıb.
Məlumata görə, A.Bəndəliyeva 1 saylı şəhər xəstəxanasının uşaq poliklinikasına şöbə müdiri təyin edilib.
Eyni zamanda, boşalan rəhbər kürsüsünə yeni təyinatın olub-olmayacağı hələlik məlum deyil.






















