Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi Azərbaycanla bağlı səsləndirdiyi qərəzli və mübahisəli fikirlərə görə üzr istəyib.
Korrekt.az “Azad Iran”a istinadən xəbər verir ki, Güney Azərbaycan türklərinin ana dilinin müdafiəsi ilə bağlı çıxışları ilə tanınan Bərgi son günlərdə İran mərkəzli siyasi mövqe sərgiləməsi və sərt reaksiyaya səbəb olan ifadələr işlətməsi ilə diqqət mərkəzinə düşüb.
Xatırladaq ki, o, daha əvvəlki çıxışında Arazın şimalında – Azərbaycan Respublikasında yaşayan soydaşlarımıza işarə edərək, onların onun fikirlərindən ruhlanmasına ehtiyac olmadığını iddia etmişdi.
Bərgi həmçinin: “Biz o Azərbaycana inanırıq ki, İranınkıdır. Biz Güney-Quzey Azərbaycan tanımırıq”, – ifadəsini işlətmişdi.
Gələn kəskin etirazlardan sonra özünün “Instagram” hesabında videomüraciət paylaşan Bərgi Azərbaycanla bağlı işlətdiyi cəfəng ifadələrə görə geri addım ataraq üzr istəyib.
O, çıxışında özünü “separatçı” adlandıran şəxslərə, xüsusilə paniranist mövqedə duranlara müraciət edərək, ana dili ilə bağlı prinsipal mövqeyindən imtina etməyəcəyini bildirib.
Üzrxahlığı zamanı İranın mərhum ali rəhbəri Əli Xameneinin Azərbaycanla bağlı fikirlərinə də toxunan Bərgi, Azərbaycan Respublikasının İrana birləşdirilməsini nəzərdə tutmadığını etiraf edib:
“Mən Azərbaycanın gəlib İrana birləşməyini və ya müharibə edərək oranı alaq demək istəmirdim. Yox, bu sözlərimdə səhv etdim”.Musavat.com





















