image-teknofest-mavi-vatan-aa-2483531_2backend

“TEKNOFEST Mavi Vətən 2026” bu gün başlayır – Türkiyənin dəniz və müdafiə texnologiyaları nümayiş etdiriləcək

image-ads-728x90

Türkiyənin dənizçilik, sualtı texnologiyalar və müdafiə sənayesi sahəsindəki imkanlarının nümayiş etdiriləcəyi “TEKNOFEST Mavi Vətən 2026” bu gün başlayır.

20-23 avqust tarixlərində Gölcük Gəmiqayırma Zavodu Komandanlığında keçiriləcək dördgünlük tədbirdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin müxtəlif siniflərə aid platformaları, pilotsuz sistemlər, təyyarələr, hava hücumundan müdafiə və raket sistemləri nümayiş olunacaq.

“TEKNOFEST Mavi Vətən” çərçivəsində ümumilikdə 37 müxtəlif dəniz gəmisi və platformasının ziyarətçilərə təqdim olunması nəzərdə tutulur.

Sərgidə TCG Barbaros, TCG Salihreis, TCG Turgutreis, TCG Kemalreis, TCG Derya, TCG Tufan, TCG Akçay, TCG Alemdar, TCG İstanbul, TCG Oruçreis, TCG Burgazada, TCG İmbat, TCG Amasra, TCG Sancaktar və TCG Kalkan kimi hərbi gəmilər nümayiş etdiriləcək.

Türkiyənin ən böyük hərbi gəmisi TCG Anadolu da tədbirdə ziyarətçilərin qarşısına çıxarılacaq.

Bundan başqa, Türkiyənin milli sualtı qayıq layihəsi MİLDEN çərçivəsində hazırlanmış sınaq bloku da sərgilənəcək. Tarixi dəniz platformalarından TCG Savarona və muzey gəmisi Yavuz da tədbirdə iştirak edəcək.
Pilotsuz dəniz sistemləri arasında isə ULAQ, SANCAR, MARLIN və SALVO kimi platformalar nümayiş olunacaq.

Tədbirdə dəniz platformaları ilə yanaşı, Türkiyənin hava və müdafiə texnologiyaları da nümayiş etdiriləcək.
Sərgidə Bayraktar TB2 və Bayraktar TB3 pilotsuz uçuş aparatları, SH-70 Seahawk helikopteri və AH-1W platforması yer alacaq.
Bundan əlavə, Pİranha, BARKAN 2, LEVENT, TUFAN, BAHA və BULUT kimi müxtəlif müdafiə sistemləri də ziyarətçilərə təqdim olunacaq.

Türkiyənin hava hücumundan müdafiə üzrə “Çelik Kubbe” konsepsiyası çərçivəsində SİPER, HİSAR, GÜRZ, KORKUT və GÖKSUR sistemlərinin də nümayişi planlaşdırılır.
Pilotsuz sistemlər üzrə yarışlar keçiriləcək
Festival çərçivəsində müxtəlif texnologiya yarışları təşkil olunacaq.

Proqramda Pilotsuz Sualtı Sistemləri, Pilotsuz Sualtı Nəqliyyat Vasitələri və Sualtı Raket Yarışları yer alacaq. Bunun üçün ərazidə xüsusi sınaq və yarış meydançaları yaradılıb.

Ziyarətçilər həmçinin pilotsuz sualtı sistemlərin naviqasiya nümayişlərini izləyə biləcəklər.

Festivalda Türkiyənin müdafiə, dənizçilik və texnologiya ekosistemində fəaliyyət göstərən aparıcı şirkətlər və dövlət qurumları iştirak edəcək.

ASELSAN, BAYKAR, HAVELSAN, STM, ROKETSAN, TUSAŞ, TEI, MKE, ASFAT, ASPİLSAN və FNSS kimi şirkətlər öz məhsul və texnologiyalarını nümayiş etdirəcəklər.
Bununla yanaşı, Türkiyənin Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi, Nəqliyyat və İnfrastruktur Nazirliyi, TÜBİTAK, Anadolu Agentliyi və TRT də festivalda xüsusi stendlərlə təmsil olunacaq.

SAT və SAS komandaları çıxış edəcək
Festivalın nümayiş proqramında Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı bölmələri SAT və SAS komandaları da iştirak edəcək.

Dörd gün ərzində hərbi dəniz qüvvələrinin və pilotsuz uçuş aparatlarının uçuş nümayişləri keçiriləcək.

22 və 23 avqust tarixlərində isə dənizdə daha geniş proqramın təşkili, o cümlədən yelkənli qayıq paradının keçirilməsi planlaşdırılır.
Mədəni və idman proqramları da olacaq
“TEKNOFEST Mavi Vətən” yalnız texnologiya sərgisi ilə məhdudlaşmayacaq.
Festival çərçivəsində üzgüçülük, avarçəkmə və müxtəlif idman yarışları keçiriləcək. “Mavi Vətən Əjdahası” avarçəkmə yarışı 22 və 23 avqust tarixlərində təşkil olunacaq.
Mədəni proqramda Mehteran çıxışı, elmi şoular, viktorinalar və “Səhnə Sənindir” tədbiri də yer alacaq. 22 avqust tarixində isə müğənni Sefo konsert proqramı ilə çıxış edəcək.
Bayraktar Kalkan DİHA inventara qəbul ediləcək
Festivalın bağlanış mərasimində mühüm tədbirlərdən birinin keçirilməsi gözlənilir.
Belə ki, Yavuz muzey gəmisinin açılışı və Bayraktar Kalkan DİHA-nın Türkiyə Silahlı Qüvvələrinin inventarına qəbul edilməsi ilə bağlı mərasim təşkil olunacaq.
“TEKNOFEST Mavi Vətən 2026” texnologiya yarışlarının qaliblərinin mükafatlandırılması ilə başa çatacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki