image-1backend

The Economist: “Putinin dediyi Rusiya çökür”  

image-ads-728x90

The Economist nəşri yazır ki, Kremlin hay-küylü bəyanatlarına baxmayaraq, Rusiya müharibənin ən ağır mərhələsinə daxil olub: iqtisadiyyat çökür, ictimai dəstək isə sürətlə azalır.

Vladimir Putin Ukraynada “demək olar ki, bütün istiqamətlərdə irəliləyiş” əldə etdiyini iddia etsə də, real vəziyyət tam fərqlidir. Döyüş meydanında Rusiya ordusunun uğurları minimaldır və böyük itkilərlə müşayiət olunur. Rusiya qüvvələrinin Pokrovsk üzərində nəzarəti ele keçirməsi ilə bağlı bəyanatlara baxmayaraq, Ukrayna hərbçiləri hələ də mövqelərini qoruyur. Hərbi blogerlər hücumu “yavaş və nəticəsiz” adlandırırlar.

Jurnal yazır ki, Rusiya iqtisadiyyatı müharibənin başlanğıcından bəri ən ağır dövrünü yaşayır:

neft və qaz gəlirləri bir ildə 22% azalıb;

büdcə kəsiri ÜDM-in 3%-nə yaxınlaşır;

daxili borclanma artır və bu da inflyasiyanı yüksəldir;

vergi yükü ağırlaşır.

Büdcənin yarısı orduya, müdafiə sənayesinə və güc strukturlarına sərf edilir. İqtisadçı Aleksandra Prokopenkonun sözlərinə görə, müharibə Rusiyanı “məşğul, amma kasıb” dövlətə çevirir və bunun ən kəskin nəticələri 2026-cı ildə görünəcək.

Repressiyalara baxmayaraq, Rusiyada ictimai narazılıq artmaqdadır. Sorğulara görə, maddi vəziyyətinin pisləşdiyini deyənlər yaxşılaşdığını bildirənləri üç dəfə üstələyir. Müharibəyə dəstək isə getdikcə daha çox formallığa çevrilir.

rusların 88%-i müharibənin bitməsini istəyir;

yalnız 47%-i Putinin bunu edəcəyinə inanır.

Veteranlara münasibət də dəyişir: cəmi 40%-i onları qəhrəman sayır, əksəriyyət isə onları “problem” və ya “qurban” kimi görür.

The Economist yazır ki, Putin sülhə hazır deyil, əksinə, ideoloji nəzarəti və repressiyaları gücləndirir. Çünki müharibənin dayandırılması belə, iqtisadi problemlərin həllini təmin etmir. Rusiya iqtisadiyyatının hərbi istehsalata bağlılığı Kreml üçün sülhün özünü riskli edir.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna tərəfi ilə nəticəsiz görüşlərdən yorulduğunu bildirib. Ağ Ev sözçüsü qeyd edib:

“Prezident hər iki tərəfdən hədsiz dərəcədə məyusdur və nəticəsiz görüşlərdən bezib.”

Tramp iddia edib ki, Vaşinqtonun təklif etdiyi sülh planı ilə ən çox razılaşmayan Zelenskidir, baxmayaraq ki, onun komandası sənədə daha müsbət yanaşır.

Ukrayna tərəfi isə Donbasda qoşunların geri çəkilməsini nəzərdən keçirdiyini, lakin bunun yalnız Rusiyanın eyni addımı atacağı halda mümkün olacağını bildirib.

Korrekt.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki