image-1backend

 The Times of Israel: “İsrail  Ermənistanla münasibətləri genişləndirməyə çalışır”

image-ads-728x90

Korrekt.az  “The Times of Israel”ə istinadən yxəbər verir  ki, İsrail Azərbaycan və Ermənistan arasında sülhdən sonra yaranan yeni şəraitdən istifadə edərək İrəvanla münasibətləri inkişaf etdirməyə çalışır.

Qəzet yazır ki, tərəflərin yaxınlaşması üçün səbəblər olsa da, İsrail və Azərbaycan arasında enerji və hərbi əməkdaşlıq bu prosesin sürətini məhdudlaşdırır. Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan sülh razılaşması Təl-Əvivin Ermənistana marağını artırıb.

İsrailin İrəvanla dialoqunu möhkəmləndirməsi ötən il Təl-Əviv şəhər Bələdiyyəsinin bir küçəyə erməni fotoqrafının adını verməsi ilə diqqət çəkib. Ardınca Ermənistan XİN rəhbərliyinin İsrailin paytaxtına səfərində yüksək texnologiyalar və tibb sahələrində əməkdaşlıq müzakirə olunub.

Bununla belə, İsrailin hələ də İrəvanda səfirlik açmaması münasibətlərin inkişaf tempinin ləng olduğunu göstərir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki