Amerikanın “The Washington Post” qəzetinin məlumatına görə , ABŞ Prezidenti Donald Trampın administrasiyası üzvlərinin ümumi sərvətinə görə müasir tarixin ən varlı adamına çevrilib .
Korrekt.az xəbər verir ki, bu ilin mart ayı etibarilə Donald Tramp administrasiyasından olan 12 milyarderin ümumi sərvəti 390 milyard dolları keçib. Hesablamalarda ABŞ prezidentinin öz sərvəti (5,1 milyard dollar) nəzərə alınmayıb.
Nəşrin təhlilinə görə, Ağ Evdən olan milyarderlər həyat yoldaşları ilə birlikdə təkcə 2024-cü il seçki kampaniyası zamanı Donald Trampa, Trampı dəstəkləyən siyasi komitələrə və Respublikaçıların Milli Komitəsinə 52 milyon dollardan çox ianə ediblər. Eyni zamanda, SpaceX-in təsisçisi və ABŞ Hökumət Səmərəliliyi Departamentinin keçmiş rəhbəri Elon Musk 2024-cü ildə Donald Trampa və digər respublikaçılara dəstək məqsədilə 294 milyon dollardan çox ianə edib.
Siyahıda sərvəti 342 milyard dollar qiymətləndirilən İlon Maskdan əlavə, ABŞ Ticarət Naziri Hovard Lutnik (sərvəti 3,2 milyard dollar), Təhsil Naziri Linda MakMahon (sərvəti 3 milyard dollar), ABŞ Prezidentinin Xüsusi Elçisi Stiv Vitkoff (sərvəti 2 milyard dollar), Kiçik Biznes Administrasiyasının Administratoru Kelli Loffler (sərvəti 1,3 milyard dollar), Airbnb-nin həmtəsisçisi və ABŞ-ın baş dizayneri Co Qebbia (sərvəti 8,3 milyard dollar), eləcə də sahibkar və keçmiş DOGE rəsmisi Antonio Qrasias (sərvəti 2,2 milyard dollar) yer alır.
Donald Tramp administrasiyasının milyarderlər siyahısında ABŞ-ın İtaliyadakı səfiri Tilman Fertitta (11,3 milyard dollar), Kosta Rikadakı səfir Melinda Hildebrand (7,7 milyard dollar), Müdafiə nazirinin müavini Stiv Feynberq (5 milyard dollar), Böyük Britaniyadakı səfir Stivens Uorren (3,4 milyard dollar) və Qiymətli Kağızlar və Birja Komissiyasının sədri Pol Atkins (1,2 milyard dollar) da var.
“The Washington Post” qəzetinin 2024-cü ildə Mask və digər respublikaçılar istisna olmaqla apardığı təhlilə görə, Tramp administrasiyasındakı milyarderlər həyat yoldaşları ilə birlikdə təkcə 2024-cü il seçki kampaniyası ərzində Trampa, komitələrə və Respublikaçıların Milli Komitəsinə 52 milyon dollardan çox pul köçürüblər.
Poitico əvvəllər Tramp administrasiyasının Çinin vacib mineralların hasilatındakı dominantlığına və süni intellekt və digər texnologiyalardakı artımına qarşı çıxmaq üçün koalisiya yaratdığını bildirmişdi





















