image-1backend

Tıxaclar başlayır – əmlak bazarını da “vuracaq”

image-ads-728x90

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Sentyabrın ilk günlərindən etibarən Bakıda nəqliyyat sıxlığının daha da artacağı gözlənilir.

Açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, əmlak eksperti Hüseyn Talıbov deyib ki, yeni tədris ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığının kəskin artması gözlənilir: “Şəhərin mərkəzi küçələrində hərəkətin çətinləşməsi gündəlik olaraq minlərlə insanın vaxt itkisinə, yanacaq sərfiyyatının və nəqliyyat xərclərinin artmasına səbəb olur. Nəqliyyat əlçatanlığının zəifləməsi isə əhalinin və biznes subyektlərinin məkan seçimlərinə təsir edən əsas amillərdən biridir. Bu baxımdan, nəqliyyat infrastrukturundakı uzunmüddətli məhdudiyyətlər daşınmaz əmlakın cəlbediciliyinə və kommersiya obyektlərinin fəaliyyətinə də təsirsiz ötüşmür”.

Hüseyn Talıbov: “Əmlakın düzgün rəsmiləşdirilməsi yalnız hüquqi prosedur  deyil, iqtisadi dəyərin qorunmasıdır” | İqtisadiyyat.az

Ekspert qeyd edib ki, tədris ilinin başlanması ilə paytaxt yollarında nəqliyyat yükünün artacağı gözlənildiyindən, xüsusilə pik saatlarda çevik idarəetmə mexanizmlərinin tətbiqi vacibdir: “Pik saatlarda bütün nəqliyyat axınının eyni vaxtda şəhər yollarına çıxmasının qarşısını almaq üçün iş və dərs saatlarının mərhələli qrafik üzrə təşkili nəzərdən keçirilməlidir. Bir sıra iri şəhərlərin təcrübəsində bu yanaşmadan nəqliyyat yükünü gün ərzində daha bərabər paylamaq məqsədilə istifadə olunur”.

Hüseyn Talıbov hesab edir ki, şəhərə daxil olan avtomobil axınını azaltmaq üçün “Park et və davam et” sisteminin genişləndirilməsi də effektiv vasitələrdən biridir: “Şəhərin giriş hissələrində və əsas nəqliyyat dəhlizlərinin yaxınlığında iri dayanacaqların yaradılması sürücülərə avtomobillərini park edərək gedişlərinin qalan hissəsini ictimai nəqliyyatla davam etdirmək imkanı verər. Bu model xüsusilə metro və digər yüksək tutumlu ictimai nəqliyyat xətlərinə inteqrasiya olunduqda daha səmərəli nəticə verir. Avtobusların hərəkətinə üstünlük verilməsi və xüsusi zolaqların təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi ictimai nəqliyyatın pik saatlarda daha stabil fəaliyyət göstərməsinə şərait yaradar. Bu, metroda yaranan əlavə sərnişin yükünün müəyyən hissəsinin avtobuslarla daşınmasına da imkan verər”.

Ekspertin fikrincə, nəqliyyat sistemində çevik idarəetmə mexanizmlərinin tətbiqi həm sərnişinlərin gündəlik hərəkətinə, həm də şəhərin kommersiya və daşınmaz əmlak bazarının sabitliyinə müsbət təsir göstərəcək.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki