ABŞ prezidenti Donald Tramp ABŞ nümayəndələrinin Ukrayna münaqişəsinə son qoymaq üçün böyük səylər göstərdiyini və bunun ölkədə dizel yanacağının qiymətlərinin artmasına səbəb olduğunu açıqlayıb və tezliklə razılaşma əldə olunacağına söz verib.
Korrekt.az xəbər verir ki, Tramp Şimali Karolinada tərəfdarları üçün keçirilən mitinqdə deyib: “Rusiya və Ukraynanı (razılığa gəlmək) üçün çox çalışırıq… Bilirsiniz, mən səkkiz müharibəni başa vurmuşam. Ən çətini isə Rusiya ilə Ukrayna arasındadır, çünki liderlər bir-birindən nifrət edirlər”.
Trampın sözlərinə görə, Ukrayna münaqişəsi ABŞ-da dizel yanacağının qiymətlərinin artmasına səbəb olur. “Amma bu, tezliklə başa çatacaq”, – deyə ABŞ prezidenti bildirib.





















