image-1backend

Tramp: “İran istəsə, çox tez razılaşma əldə oluna bilər”   

image-ads-728x90

Korrekt.az xəbər verir ki, bu gün ABŞ prezidenti Donald Tramp İranla yeni razılaşma əldə etməyə hazır olduğunu bir daha bəyan edib. Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən Tramp, administrasiyasının Tehranla dialoq üçün “qapını açıq saxladığını” vurğulayıb.

Prezident jurnalistlərə bildirib ki, ABŞ regional təhlükəsizliyi təmin edən və Vaşinqtonun maraqlarına uyğun olan bir razılaşma görmək istəyir: “Mən İranla razılığa gəlməyi çox istərdim və düşünürəm ki, Tehran da bunda maraqlıdır”.

Tramp çıxışı zamanı razılaşmanın detalları barədə danışmasa da, “İranın hazırkı şəraitdə danışıqlara meylli olduğuna dair işarələr” gördüyünü deyib.

“İran istəsə, çox tez bir vaxtda əla bir razılaşmaya nail ola bilərik”, – deyə, o, vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki