image-images-1backend

Tramp: İranın ABŞ bazasına hücumunda Çinin rolu yoxdur 

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp İranın İordaniyadakı ABŞ hərbi bazasına hücumundan əvvəl Çinin Tehrana yüksək dəqiqlikli peyk görüntüləri təqdim etməsi ilə bağlı iddialara münasibət bildirib.

Korrekt.az xəbər verir ki, Tramp jurnalistin Çin qurumlarının iranlılara ABŞ-nin İordaniyadakı hərbi bazasına dair peyk görüntüləri təqdim etmiş ola biləcəyini xatırlatmasına belə cavab verib:
“Onlar əslində bizim etdiklərimizi edirlər. Düşünürəm ki, o, kifayət qədər yaxşı davranıb, biz də kifayət qədər yaxşı davranmışıq”.

Qeyd edək ki, daha əvvəl ABŞ rəsmiləri İranın iyul ayında İordaniyada yerləşən “Müvəffəq əl-Salti” aviabazasına raket hücumundan əvvəl Çin qurumlarından bazanın yüksək dəqiqlikli peyk görüntülərini əldə etdiyini bildiriblər.

İyulun 17-də baş verən hücum nəticəsində üç ABŞ hərbçisi həlak olub, daha dörd hərbçi isə yaralanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki